Şamaxıda yenidən ZƏLZƏLƏ OLDU

Şamaxıda yenidən  ZƏLZƏLƏ OLDU backend

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Qeyd edək ki, fevralın 27 və 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş verib.