Bu ilin fevralın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 107,260 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,6 milyon manat və ya 6,5%, 2025-ci ilin fevralın 1-nə olan göstərici ilə müqayisədə isə 15,4 milyon manat və ya 16,8% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,57%-ə bərabər olub.
Eyni zamanda, bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 892 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 50 min manat, yaxud 5,9%, ötən ilin eyni dövrünə nisbətən isə 389 min manat və ya 77,3% çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,98% təşkil edib.
Qeyd edək ki, bu ilin fevralın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,667 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 105,8 milyon manat və ya 0,6% az, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 1,968 milyard manat və ya 13,4% çoxdur.



