Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO backend

Fevralın 26-da saat 17:00-da Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, sükut zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram ifadə olunub.