Avropa Parlamentinin üzvü: Gürcüstana kömək etmək üçün Ukraynaya kömək etməliyik

Avropa Parlamentinin üzvü: Gürcüstana kömək etmək üçün Ukraynaya kömək etməliyik backend

 "Gürcüstana kömək etmək üçün Ukraynaya kömək etməliyik".

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki,  bunu Avropa Parlamentinin Xarici İşlər Komitəsində Gürcüstan hesabatının müzakirəsi zamanı Avropa Parlamentinin üzvü Bernard Getta deyib.

"Vəziyyətə obyektiv baxmalıyıq. Rusiya və Putin Ukraynada məğlub olana qədər Gürcüstan demokratiya və Avropa Birliyi yoluna qayıda bilməyəcək", - deyə Bernard Getta bildirib.

Onun sözlərinə görə, Gürcüstanda demokratiyanı dəstəkləmək üçün Avropa Birliyi Ukraynaya kömək etməlidir.

"Nəticə sadədir: Gürcüstana kömək etmək üçün biz Ukraynaya da kömək etməliyik", - Avropa Parlamentinin üzvü qeyd edib.

QAZİLER.AZ