Xocalıda 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Xocalıda 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 1137 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Bu barədə Qaziler.az-a ƏƏSMN-dən məlumat verilib.

Onlardan 1099 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 198 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 38 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.