BƏT-in daha bir Konvensiyasının ratifikasiya edilməsi imkanları araşdırılır

BƏT-in daha bir Konvensiyasının ratifikasiya edilməsi imkanları araşdırılır backend

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq  Əmək Təşkilatının (BƏT) “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanlarının araşdırılması nəzərdə tutulub.

Qaziler.az bildirir ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət olmaqla yaradılmış işçi qrupunun iclası keçirilib.

İclasda Nazirliyin və Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ötən dövrdə ölkəmizin BƏT-in 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından 9-na qoşulduğunu qeyd edib. Həmçinin, keçən il Azərbaycanla BƏT arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalandığı vurğulanıb.

Son illər Azərbaycanda aparılan ardıcıl sosial islahatların sosial təminat sisteminin gücləndirilməsi sahəsində də mühüm irəliləyişlərə imkan yaratdığı bildirilib.

İclasda “Sosial təminatın minimum normaları haqqında” Konvensiyanın ratifikasiya edilməsi imkanlarının araşdırılması sahəsində görülən işlərə dair təqdimat olub, bu mövzuda müzakirələr aparılıb.