"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?

"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb? backend

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.

Bu barədə Oxu.Az-ın əldə etdiyi məlumatda bildirilib. Məlumata görə, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.