Azərbaycanda əhalinin sayı AÇIQLANIB

Azərbaycanda əhalinin sayı  AÇIQLANIB backend

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb.

Qaziler.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində öz əksini tapıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.