4004 nəfər hələ də itkin düşmüş sayılır - Eldar Səmədov

4004 nəfər hələ də itkin düşmüş sayılır -  Eldar Səmədov backend

"Qarabağ İtkin Ailələri" ictimai birliyinin təşəbbüsü ilə fevralın 20-də "Xocalı soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və ictimai məsuliyyət " mövzusunda dəyirmi masa keçirilir. 

Tədbiri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova aparır.

Bu barədə Qaziler.az-a qazi Rey Kərimoğlu məlumat verib. 

Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədər Dövlat Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edib.

Eldar Səmədov Qarabağda 32 kütləvi məzarlığın aşkarlandığı bildirdi. "Onlardan 240 nəfərin kimliyi müəyyənləşib, 831 nəfərin kimliyi ehtimal edilir", - deyə o, qeyd edib.

"Dəyirmi masa"da Zaur İbrahimli, Milli Məclisin deputatıAzər Allahverənov, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, hüquqşünas Fariz Əkbərov, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rzazadə, "Qaziler.az" saytının rəhbəri Rey Kərimoğlu, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə, Xocalı sakinləri, şəhid ailələri çıxış edib.

QAZİLER.AZ