Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Feyzullayev dəfn edilib.
"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun İstisu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.



