Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov dəfn edilib.
"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Şahin Heydər oğlu Kərimov 1972-ci il dekabrın 14-də Mingəçevirdə anadan olub. 1993-cü il aprelin 5-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.



