Lerikdə itkin-şəhid Nail Dənziyev dəfn edilib

Lerikdə itkin-şəhid Nail Dənziyev dəfn edilib backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn edilib.

"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.