Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəsul Ağayev dəfn edilib.
"Report"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R.Ağayev 1968-ci il avqustun 25-də Sabirabadın Nərimankənd kəndində anadan olub. 1993-cü il iyulun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.



