Şahdağda qar yağır - Faktiki hava

Şahdağda qar yağır -  Faktiki hava backend

Milli Hidrometeorologiya Xidmətinin fevralın 19-u saat 13:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Qaziler.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Şahbuz, Gədəbəy, Zaqatalada yağış, Daşkəsən və Şahdağda isə arabir qar yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Zəngilan və Daşkəsəndə 23, Lerikdə 22, Şahdağda 21, Mingəçevir və Göygöldə 20, Xaltan və Zaqatalada 18, Gədəbəydə 17, Yardımlı və Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.

Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Ağdam, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.