BMT Azərbaycanı işgəncə faktlarına görə ittiham etdi

BMT Azərbaycanı işgəncə faktlarına görə ittiham etdi backend

BMT-nin növbəti hesabatı göstərir ki, Azərbaycan hökuməti son illər işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib, baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur. "Turan" bildirir ki, Human Rights Watch təşkilatının bəyanatında belə deyilir.


BMT Komitəsinin növbəti hesabatında hökumət ədalətsiz həbs olunmuş hüquq müdafiəçilərinin azad edilməsinə çağırılır.

Komitənin yekun hesabatında heç kimin məsulyyətə cəlb edilməməsindən və hakimiyyətin bu fikirləri əsassız saymasından narahatlıq ifadə olunur.

“BMT İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda insan hüquqları ilə bağlı narahatlığını açıq bəyan edib”, - R.Denber qeyd edib. Onun sözlərinə görə, hakimiyyət Komitənin tövsiyələrinə əməl etməli, işgəncələr və amansız davranış barədə məlumatları effektiv araşdırmalıdır.