Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək backend

Xətai və Nizami rayonu üzrə bəzi ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Qaziler.az bildirir ki, bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, qaz tənzimləyici qovşağın quraşdırılması işləri ilə əlaqədar 18.02.2026-cı il saat 09:30-dan işlər başa çatanadək Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.Çobanzadə küçəsinin və NZS qəsəbəsində Yavar Səfərov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.