Ümumilli Liderin xatirəsi Arxeologiya və Etnoqrafiya İnstitutunda anıldı

Ümumilli Liderin xatirəsi Arxeologiya və Etnoqrafiya İnstitutunda anıldı backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ümumi yığıncaq keçirildi. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı iştirak edirdilər. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmişlər.

Yığıncağı giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin XX əsrdə Azərbaycan elminin, o cümlədən, tarix, arxeologiya və etnoqrafiya sahələrinin inkişafında rolu misilsiz olmuşdur. Hələ 1981-ci ildə Ulu Öndər Azərbaycan elminin gələcəyi üçün zamanın tələbini görərək Arxeologiya və Etnoqrafiya sahələrinin ayrıca bir institut kimi strukturlaşması barədə sərəncam imzaladı.

Amma onun sovet dönəmində Moskvaya yüksək dövlət vəzifəsinə dəvət edilməsi, daha sonra cərəyan etmiş dramatik ictimai – siyasi hadisələr bu mühüm qərarın gerçəkləşməsini 10 ildən çox bir müddətə əngəllədi. “Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması yalnız Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra mümkün oldu. Azərbaycanda arxeologiya və etnologiyanın inkişafı, tarixi abidələrin qorunması və tədqiqi üçün hüquqi baza yaradan mühüm sərəncamlar verildi. Hal-hazırda Azərbaycan arxeologiyasının və etnologiyasının dünya standartlarına uyğun inkişafı Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir” – deyə Nəcəf Müseyibli öz çıxışında vurğulamışdır.

Mövzu ilə bağlı tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, İlyas Babayev və d. çıxış etmişlər.