Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr təyinatı həyata keçirilib.
Qaziler.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, rayonun icra başçısı Elxan Allahverdiyev bununla əlaqədar müvafiq sərəncam verib.
İmzalanmış əmrə uyğun olaraq, Şahin Möhtərəm oğlu Musayev baş memar vəzifəsinin icrasına başlayıb.
O bu vəzifə ilə yanaşı, həm də sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, eləcə də həmin şöbənin memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun rəhbəri funksiyalarını yerinə yetirəcək.
Qeyd edək ki, Ş.Musayev struktur islahatlarından öncə ləğv edilmiş rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi (memar) qismində çalışıb. O, həmçinin II dərəcəli dövlət qulluqçusu statusuna malikdir.
Ş.Musayev ötən il avqust ayının 15-də 65 illik yubileyi ilə əlaqədar RİH rəhbəri tərəfindən fəxri fərmanla mükafatlandırılıb.



