Prezident SHXÇDX əməkdaşlarını medalla təltif edib - SƏRƏNCAM

Prezident SHXÇDX əməkdaşlarını medalla təltif edib - SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qaziler.az-ın məlumatına görə, sənəddə deyilir:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

"Vətən uğrunda" medalı ilə

Qarayev Natiq Sahib oğlu  general-mayor

Cəfərov Elməddin Qulu oğlu – polkovnik

Quliyev İslam Ramiz oğlu – polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Hidayev Əziz Şahmurad oğlu  polkovnik

Abbasov Hikmət Zahid oğlu – mayor

Əliyeva Samirə Təşkilat qızı – mayor

"Tərəqqi" medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.