Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi  34 il sonra tapıldı backend

Sabirabadın Qaratəpə kənd sakini, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.

Qaziler.az "Unikal"a istinadən xəbər verir ki, şəhid R.Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.

34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı, hazırda şəhidimizin adını daşıyan Rəsul adında nəvəsi var.

Şəhid R.Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.