Azərbaycanda hərbçi dəm qazından boğulub öldü - FOTO

Azərbaycanda hərbçi dəm qazından boğulub öldü - FOTO backend

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.