Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azər Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub.
Qaziler.az bildirir ki, Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur.
ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.
2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.



