"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Dövlət idarələrinin rəhbərlərinə müraciət ünvanlayıb.
Qaziler.az həmin müraciəti təqdim edir:
Son günlər sosial şəbəkələrdə beşinci kolonun yeni mübarizə üsulları peyda olub. Qadın deməyə adamın dili gəlməyən canlılar dövləti təhdid etmək üçün yollar fikirləşir və tətbiq edirlər. Həssas qrupdan olan insanların heysiyyatı ilə oynayaraq dövlətə qarşı çevirmək istəyirlər. Səidə adlı “jurnalist” Azərbaycanda qaçqın və məcburi köçkünlərə həqarət edilməsinə bir tendensiya yaratdı. Bir dəfə şəhid ailələri ilə yol getdi və geri dönərkən şəhid ailələrini müzakirəyə çıxardı. Onların danışıqlarını yamsılayaraq şəhid analarını ələ salmağa başladı. Qərəzli çıxışları ilə cəmiyyətin həssas təbəqəsinin sinirlərini tarıma çəkir. Yeri gəldi gəlmədi ziyalıları alçaldır. Qadınlar haqda lazımsız ifadələr işlətməklə onları alçaldır. Səidə xanımın cəzasızlığı onun kimi hərəkət edənlərin sayını artırdı. Qaçıqın və məcburi köçkünlər, şəhid ailələri, hətta Azərbaycan bayrağı artıq təhqirlərin hədəfinə çevrildi.
Son günlər qadın cildində yeni bir canlı meydana çıxarılaraq əvvəl qaçqın və məcburi köçkünlərlə bağlı video materail paylaşaraq Ağdam və Füzuli rayonundan olan kişilərin ünvanına insanlığa yaraşmayan nalayiq, təhqiramiz sözlərini hamı eşitdi. Bu isə cəmiyyətdə qarışıqlığa səbəb ola bilən bir hərəkətdir. Cəzasızlıq fonunda daha da irəli gedərək, dövlətimizin atributu, şəhidlərimizin örtüyü olan, uğrunda minlərlə soydaşımızın qurban getdiyi 3 rəngli müqəddəs bayrağımızı təhqir etmək cəsarətini özündə tapdı. Qadın onun hansısa şikayətlərinə baxılmadığı üçün bayrağı təhqir etdiyini də bəhanə etdi. "Azərbaycan xalqı, sizin sevimli bayrağınızdan heyfimi çıxacam", - deyərək bayrağı doğrayıb ayağı altına atdı.
Bizdə olan məlumata görə həmin qadın Almaniyada yaşayır və Almaniyada vətəndaşlıq almaq üçün bayrağımızı təhqir edir. Həmin qadının Azərbaycana gətirilərək qanunlarımızın aliliyi ilə cəzandırılmasını arzu edirik. Bu hərəkət biz müharibə veteranı qadınların hiddətinə səbəb oldu. Biz Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının Baş prokuroruna döyüşçü qadınlar adından müraciət edərək hərəkətləri ilə cəmiyyətin hiddətinə səbəb olan adamların tezlikə cəzalandırlmasını xahiş edirik. Əks halda belə hərəkətlər artaraq cəmiyyətdə qarşıdurma yarada bilər.
QAZİLER.AZ



