Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramlarına dəyişiklik edildi

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramlarına  dəyişiklik edildi backend

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, BB vəzifə qrupu üzrə proqrama ƏMƏLİYYAT SİSTEMLƏRİ bölməsi, AB vəzifə qrupuna aid proqrama isə MICROSOFT EXCEL 2019 cədvəl prosessoru bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Pqoqramdakı dəyişiklik bu ilin aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla bu link vasitəsilə tanış olmaq olar.