Naxçıvana yeni Baş nazir təyin olunub

Naxçıvana yeni Baş nazir təyin olunub backend

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

 

Qaziler.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.

 

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.

 

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.

 

 

***

 

11.17

 

Naxçıvan Muxtar Respublikasının yeni Baş nazirinin təyin olunması ilə bağlı MR Ali Məclisinə təqdimat daxil olub.

 

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin iclası keçirilir.

 

Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclis Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması məsələsini müzakirə edir.

 

Qeyd edək ki, Cabbar Musayev indiyədək Naxçıvan Şəhər İcra başçısı vəzifəsində çalışıb.