"İdrak" liseyində şagirdin güllələdiyi müəllimin durumu açıqlanıb

"İdrak" liseyində şagirdin güllələdiyi müəllimin durumu açıqlanıb backend

1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.