Mübariz Qurbanlı Saatlıda qəbul keçirəcək

Mübariz Qurbanlı Saatlıda qəbul keçirəcək backend

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, dekabrın 15-də Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunda Sabirabad, İmişli, Saatlı, Xocavənd və Beyləqan rayon sakinlərini qəbul edəcək.

Qəbul Saatlı şəhərindəki Gənclər Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.