Saleh Məmmədov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Saleh Məmmədov vəzifəsindən azad edildi - SƏRƏNCAM backend

Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, S.Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.

Bu təyinatadək Vüsal Nəsirli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

O, 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Ailəlidir, iki övladı var.