Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqlayıb

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqlayıb backend

Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Qaziler.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.