QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır

QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır backend

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlimlərə başlayır.


Şuradan Trend-ə verilən məlumata görə, layihə təkliflərinin hazırlanması, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, layihənin monitorinqi və qiymətləndirilmə metodları, QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması mövzularında keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.