Elnur Rzayev doğum günü olan şəhid övladları ilə görüşüb - FOTO

Elnur Rzayev doğum günü olan şəhid övladları ilə görüşüb - FOTO backend

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Vüsal Rüstəmovun və şəhid Elvin Qayıbovun ailə üzvləri ilə görüşüb.

 

Trend xəbər verir ki, icra başçısı şəhid Vüsal Rüstəmovun oğlu Şahin Rüstəmovu 10, şəhid Elvin Qayıbovun qızı Nur Qayıbovanı isə 5 yaşı tamam olması münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

 

Görüş zamanı ad günlərini qeyd edən şəhid övladlarına hədiyyələr təqdim olunub.

 

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.