Bakıda ürək transplantasiyası ilə bağlı dəyirmi masa keçirilir

Bakıda ürək transplantasiyası ilə bağlı dəyirmi masa keçirilir backend

Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilir.

 

APA xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə transplantasiya əməliyyatlarının elmi-praktiki əhəmiyyəti və gələcək perspektivləri müzakirə ediləcək.

 

Xatırladaq ki, ötən il Qafqazda və Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.