Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb - FOTO

Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb -  FOTO backend

Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.

APA-nın verdiyi xəbərə görə, çay daşlarından istifadə olunaraq qurulan bu tikililərin bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir. 2000-ci illərə kimi dəniz suyunun artması nəticəsində beton divarlar suyun altında qalıb.

Qeyd edək ki, son illərdə Xəzər dənizinin geri çəkilməsi sahilboyu ərazilərdə, tikililər, bünövrələr, eləcə də irigövdəli ağacların köklərinin yenidən görünməsinə səbəb olub.