Sənədi olmayan tikililərə sənədlərin verilməsinə baxıla bilər - Rəsmi

Sənədi olmayan tikililərə sənədlərin verilməsinə baxıla bilər -  Rəsmi backend

Özbaşına tikililərin sənədləşdirilməsinə qanunla qadağalar var. Bu qadağalar haqqında hallar həm torpaq, həm də mülki məcəllədə qeyd olunub.

Trend xəbər verir ki, bu fikirləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında sualları cavablayarkən deyib.

O bildirib ki, hər hansı sənədi olmayan tikililərə sənədlərin verilməsinə baxıla bilər:

"Bugünkü mərhələdə istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır. Özbaşına tikililərin qanunla qadağan olduğunu bilməliyik. Bununla bağlı həm kommunal proseslərdə, həm də sənədləşməsində sonradan problem yaranır”.

Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur.

“Bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır”,-deyə N.Alimova əlavə edib.