Daha bir icra başçısı müavinini vəzifədən azad etdi

Daha bir icra başçısı müavinini  vəzifədən azad etdi backend

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.

Qaziler.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı il oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.