Azərbaycanda neçə uşağa sosial ödənişlər verilir?

Azərbaycanda neçə uşağa sosial ödənişlər verilir? backend

Hazırda aztəminatlı ailələrdən olan 179 618 uşağa ünvanlı dövlət sosial yardımı ödənişi verilir.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb.

Onun sözlərinə görə, həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci il ərzində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb:

“01.01.2026-cı il tarixinə 44 200 nəfər əlilliyi olan uşaq, 67 000 nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq Nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunur”.