Keçən il xüsusi araşdırmalarla əlilliklə bağlı 1 500 şəxs barədə qərar ləğv edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə saxtakarlıq, qərəzli neqativ halların qarşısı alınıb:
"Vətəndaş saxta olan və ya olmayan sənədlərlə müraciət etsə belə, onları aşkarlayn bilirik. Saxtakarlıq aşkar olunduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilir".
Onun sözlərinə görə, 2024-cü illə müqayisədə 2025-ci ildə xəstəxanaya geri qaytarılan göndərişlərin sayı 30 % azalıb.



