Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı - Fərman

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırıldı - Fərman backend

Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Qaziler.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin Zeynalov və Sarvan Cəfərovdur.