Sumqayıtda sürücü sükan arxasında ölüb.
Qaziler.az "Report"-a istinadla verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedese" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Hüseynov Tofiq Sabir oğlunun halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.



