“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi əsasında Şəmistan Əlizamanlının ifasında “Türkman marşı” klipinin təqdimatını keçirib.
Qaziler.az bildirir ki, Bakı Dövlət Univeristetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində keçirilən təqdimatda kollecin müəllim tələbə heyəti və ictimaiyyət nüməyəndələri iştirak ediblər.
Təqdimatda çıxış edənlər klipin əhəmiyyətindən, mövzunun aktuallığından danışaraq işi yüksək qiymətləndirdilər.
Klipi ərsəyə gətirdiklərinə görə yaradıcı heyətə, dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin təşəkkür etdilər.
Qeyd edək ki, “Türkman marşı”nın sözləri kərküklü şair Sabah Karaaltın, bəstəkarı Şəmistan Əlizamanlı, aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərovdur.



