İşin distant olması əməkhaqqına təsir edə bilərmi - RƏSMİ CAVAB

İşin distant olması əməkhaqqına təsir edə bilərmi -  RƏSMİ CAVAB backend

"Distant (məsafədən-red.) işdə əməkhaqqının formalaşdırılması ilə bağlı hər hansı ayrıca qayda yoxdur".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, əməkhaqqının verilməsi qanunvericilikdə tənzimlənir, işin distant olmasının məsələyə təsiri yoxdur.