Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsinin şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi keçirilib.
Qaziler.az "Report"-a istinadla xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, hərbi qulluqçular, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid Elvin Şükürlü 14 iyun 1997-ci ildə Cəlilabad rayonunda hərbçi ailəsində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirib, 2018-ci ildə leytenant rütbəsi alaraq xidmətə başlayıb. Elvin Şükürlü 44 günlük Vətən müharibəsində Daşkəsən-Kəlbəcər istiqamətlərində döyüşüb və 2020-ci ilin sentyabrın 28-də orada şəhid olub. Onun nəşi 2021-ci ilin yanvarın 22-də Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.



