Ramil İsgəndərli: Saxta xəbərlər ölkədə ictimai fikrin formalaşmasına çox mənfi təsir edir

Ramil İsgəndərli: Saxta xəbərlər ölkədə ictimai fikrin formalaşmasına çox mənfi təsir edir backend

Yayılan saxta xəbərlər ölkədə ictimai fikrin formalaşmasına olduqca mənfi təsir göstərir.

"Report" xəbər verir ki, bunu Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Davos Ümumdünya İqtisadi Forumunda açıqlanan "Qlobal risklər" adlı hesabatda ən böyük risklərdən biri kimi dezinformasiya qeyd olunub:

"Dezinformasiya dünyada təhlükəli olduğu qədər Azərbaycan üçün də müəyyən risklər yaradır. Ölkədə yayılan saxta xəbərlər ictimai fikrin formalaşmasına olduqca mənfi təsir edir. Bu artıq intensiv hal alıb".

R.İsgəndərli bildirib ki, keçirilən tədbirlər dezinformasiya ilə mübarizədə effektli olacaq:

"Bugünkü tədbirin əsas məqsədi müzakirə olunan mövzu ətrafında fikir bildirilməsi və həll yollarının tapılmasıdır".