Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə altı nəfər intizam məsuliyyətinə cəlb olunub.
Qaziler.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.
Onlardan iki nəfər prokurorluq orqanlarından xaric edilib, bir nəfər isə tutduğu vəzifədən azad olunub.



