Sumqayıt–Bakı qatarına yeni dayanacaqlar əlavə edildi

Sumqayıt–Bakı qatarına yeni dayanacaqlar əlavə edildi backend

Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Qaziler.az bildirir ki, bu barədə  ADY-dən məlumat verilib.

Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli