Polşa fermerləri yenidən Ukrayna ilə sərhədi bağlayacaqlar

Polşa fermerləri yenidən Ukrayna ilə sərhədi bağlayacaqlar backend

Ukrayna-Polşa sərhədində, Polşa fermerlərinin tətili səbəbindən 23 yanvar günortadan sonra "Dolqobiçov-Uqrinov" sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkəti dayandırılacaq.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Dövlət Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Polşa tərəfindən verilən məlumata görə, Polşa fermerləri 23 yanvarda "Dolqobiçov-Uqrinov" sərhəd keçid məntəqəsinin qarşısında tətil keçirməyi planlaşdırırlar.

"Digər tərəfdən sərhəd keçid məntəqəsinə aparan yolun Polşa vaxtı ilə yerli vaxtla saat 11:00-dan 15:30-dək bağlanacağı gözlənilir", - məlumatda deyilir.

Qeyd etmək lazımdır ki, Polşa fermerləri etiraz olaraq vaxtaşırı Ukrayna ilə sərhədi bağlayırlar.

QAZİLER.AZ