Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb.
Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılandı.Əvvəlcə Dövlət Himni səsləndirildi. Bizə torpaqlarımızı qaytaran şəhidlərimizin ruhu Xankəndidə ehtiramla yad olundu.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur. S.Qəhrəmanov vurğulayıb ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. O, qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.
Çıxışı zamanı Səbuhi Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb. Elinə qayıdan sakinlərdən şəhid atası Kamran Nəsirov bu tarixi anlardan, torpağa qovuşmağın xoşbəxtliyindən danışıb.Çıxış edən digər Xankəndi sakini Nadir Rəşidov da bu anı illərlə gözlədiyini, bu günləri yaşadan qəhrəman oğullarımız qarşısında baş əydiklərini deyib. ANAMA mütəxəsisləri də sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur. Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa edib.
15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırıb. 35 ildən sonra şəhərə həyat yenidən qayıdır, Xankəndidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət proqramı çərçivəsində ailələrin məskunlaşacağı mənzillər əsaslı şəkildə təmir edilib, bütün zəruri kommunal və sosial infrastrukturla təmin olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köç prosesi bundan sonra da Xankəndi şəhərinə mərhələli şəkildə davam etdiriləcək.
13.38
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Xankəndiyə yola düşən ilk köç karvanı mənzil başına çatıb.
Xankəndi şəhərinə ilk mərhələdə 36 ailə - 162 nəfər köçürülüb. 38 il sonra doğma yurda qayıdan sakinlərə mənzillərinin açarları təqdim olunacaq.
13:27
xxx
Ağdam.Trend:
Xankəndiyə yola düşən ilk köç karvanı işğaldan azad olan torpaqlara çatdı.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində 38 il sonra doğma yurduna qayıdan Xankəndi şəhər sakinləri öz evlərinə getmək üçün Ağdam rayon ərazisindəki DİN-in yoxlama - keçid məntəqəsində sənədlərin yoxlamasından sonra azad olmuş torpaqlara daxil olublar.
Xankəndi şəhərinə ilk mərhələdə 36 ailə - 162 nəfər köçürülür. Onlar öz doğma şəhərinə çatdıqdan sonra Azərbaycan dövləti tərəfindən yenidən bərpa olunan mənzillərinin açarları rəsmi qurumlar tərəfindən təqdim olunacaq.
12:41
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
09.12