Metroda xətlərin ayrılacağı tarix açıqlandı

Metroda xətlərin ayrılacağı tarix açıqlandı backend

Bakı metropoliteni "yaşıl" və "qırmızı" xətlərin ayrılacağı tarixi açıqlayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qurum xətlərin ayrılması layihəsinin icrasını davam etdirir:

"Bu il ərzində xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Yəni bu ilin sonuna qədər "yaşıl" və "qırmızı" xətlər üzrə hərəkət ayrı olacaq. Qatarlar ayrı xətlər üzrə hərəkət edəcək. Çünki yaxın vaxtlarda xətlərin ayrılması ilə bağlı tunellərin qazıntısına başlanılacaq. Tunellər tam hazır olandan sonra xətlər üzrə qatarlar ayrı-ayrılıqda hərəkət edəcək".