Bakıda 40 mindən çox mənzil dövlət mülkiyyətində qalır

Bakıda 40 mindən çox mənzil dövlət mülkiyyətində qalır backend

Böyük şəhərləri çoxmərtəbəli binalar olmadan təsəvvür etmək çətindir.

Sürətlə artan əhali, məhdud torpaq ehtiyatları və urbanizasiya prosesi şəhərsalma siyasətində çoxmərtəbəli binaları əsas elementlərdən birinə çevirib.

Çoxmərtəbəli binaların əsas üstünlüyü az sahədə daha çox insanın yerləşdirilməsinə imkan yaratmasıdır. Bu, xüsusilə torpaq ehtiyatı məhdud olan böyük şəhərlərdə vacibdir.

 

Bu cür binalar əhalinin kompakt yerləşməsi su, kanalizasiya, elektrik, ictimai nəqliyyat kimi infrastrukturların daha səmərəli planlaşdırılmasına şərait yaradır. Belə tikiləlrəin inşası həm iqtisadi baxımdan xərcləri azaldır, xidmətlərin əlçatanlığını artırır.

 

Çoxmərtəbəli binalar düzgün planlaşdırıldıqda şəhərin inkişafına ciddi töhfə verə bilər. Təbii ki, bu proses yalnız iqtisadi deyil, sosial və ekoloji aspektlər nəzərə alınmaqla həyata keçirilməlidir.

 

Digər böyük şəhərlər kimi, Bakıda da yüzlərlə çoxmərtəbəli bina var. Amma bu binalarla bağlı bir sıra problemlər qalır: məsələn, bina sahibinin qeyri-müəyyənliyi, idarəetmədə qarışıqlıq, Mənzil Tikinti Kooperativlərinin (MTK) faktiki, amma qeyri-rəsmi idarəetməsi və s.

 

Praktika göstərir ki, çoxmərtəbəli binanın idarə edilməsi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) vasitəsilə həyata keçirilməli olduğu halda, belə deyil.

 

Sovet dövründə inşa edilmiş binalar vaxtilə mənzil-istismar sahələrinin (MİS) balansında olub. Müstəqillikdən sonra isə əksər mənzillər özəlləşdirilib, bina bütövlükdə dövlət balansından çıxıb. Bu gün həmin binalar hüquqi baxımdan mənzil sahiblərinin ümumi mülkiyyətidir.

 

Lakin problem ondadır ki, real idarəetmə mexanizmi çox vaxt yoxdur, sakinlər MMMC yaratmayıblar, nəticədə bina “sahibsiz” kimi görünür.

 

Modern.az saytı Bakı meriyasından paytaxtdakı çoxmərtəbəli binalarla bağlı bəzi məlumatlar əldə edib.

 

Məlum olub ki, hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı birliklərinin (MKTB) balansında 11 244 yaşayış binası var.

 

Bu binalardakı mənzillərin sayı 310 386-dür. Onlardan 269 950-si özəlləşdirilib, 40 436 isə dövlət mülkiyyətinə qalır.

 

MKTB-lərin balansında olan binların 4903-ü birmərtəbəli, 1933-ü ikimərtəbəli, 552-si üçmərtəbəli, 449-ü dördmərtəbəli, 2106-sı beşmərtəbəlidir.

 

1112 bina doqquzmərtəbəli, 49 bina onmərtəbəlidir. 19 bina onikimərtəbəli, 14 bina onaltımərtəbəlidir.

 

MKTB-lərin balansında olan binların 7-si onyeddimərtəbəli, 2-si onsəkkizmərtəbəli, 1-i ondoqquzmərtəbəlidir.

 

MKTB-lərin balansında olan binlardan 310 386-nın lifti var.