İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub - YENİLƏNİB

İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub - YENİLƏNİB backend

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının əvəzlənəcək üzvləri məlum olub.

Apa-nın əldə etdiyi məlumata görə, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, professor Yusif Babanlı idman federasiyaları tərəfindən Şuranın növbəti tərkibində yer almayacaq.

Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova yaradıcılıq təşkilatları tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında təmsil edilməyəcək.

***

18:00

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub.

Apa-nın əldə etdiyi məlumata görə, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşib.

İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.

Audiovizual Şura faktı APA-ya təsdiqləyib.